Joke van der Lyu-ROORD: Forumun Şərqlə Qərbin birləşdiyi bir məkanda keçirilməsi möhtəşəm hadisədir

 

"İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Şərqlə Qərbin birləşdiyi bir məkanda keçirilməsi möhtəşəm hadisədir".

Bu sözləri Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Niderlandın Tarix Pedaqoqları Avropa Assosiasiyasının (EUROCLIO) icraçı direktoru Joke van der Lyu-Roord AzərTAc-a müsahibəsində söyləmişdir.

O, forumda müxtəlif ölkələrdən toplaşmış insanlar arasında fərqli mövzularda fikir mübadiləsinin aparıldığını, yeni ideyaların səsləndirildiyini qeyd etmişdir. İcraçı direktor ölkələr arasında mədəni mübadilənin, dialoqun yaranmasında, mədəniyyətlərarası inteqrasiyanın formalaşmasında Bakı forumunun böyük əhəmiyyəti olacağını bildirmişdir.

Qonaq Azərbaycana birinci dəfə səfər etdiyini vurğulayaraq Bakıdakı qeyri-adi memarlıq nümunələrinin, yeni tikilmiş binaların diqqətini xüsusilə cəlb etdiyini demişdir.

 

Azərbaycan.-2013.- 1 iyun.- S.4.